16 yaşlı hücumçu ÇL-in ən gənc oyunçusu oldu

Dortmund “Borussiya”sının futbolçusu Mukoko Çempionlar Liqasında yeni rekorda imza atıb.

Newsport.az-ın məlumatına görə, kamerunlu oyunçu buna 6-cı turda “Zenit”lə matçda (2:1) iştirak etməklə nail olub. 16 yaş 18 günlüyündə olan hücumçu qarşılaşmanın 58-ci dəqiqəsində meydana daxil olub və bununla da  ÇL tarixinin ən gənc futbolçusu adına yiyələnib.

Qeyd edək ki, Mukoko bu mövsümdən Dortmund klubunun əsas komandası ilə məşq edir. O, əsas komanda ilə debüt matçına Almaniya Bundesliqasının 8-ci turunda "Herta" ilə görüşlə çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right