"Barselona" "Bavariya"ya, "Real" "Yuventus"a rəqib oldu

Bu gün Çempionlar Liqasında 2014/2015 mövsümünün son püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə yarımfinal mərhələsinin cütlükləri müəyyənləşib.

Çempionlar Liqasının son qalibi "Real" (Madrid) yarımfinalda "Yuventus"la qarşılaşacaq. "Barselona" isə "Bavariya" münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları 5-6 may, cavab qarşılaşmaları isə 12-13 mayda keçiriləcək.


 

Yarımfinal mərhələsinin cütlükləri:

"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)

"Yuventus" (İtaliya) - "Real" (Madrid, İspaniya)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right