Çempionlar Liqasının 1/8 final mərhələsininin dörd cavab qarşılaşması üçün hakimlər müəyyənləşib.
Newsport.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu gün keçiriləcək "Real" - "Şake" matçını sloveniyalı Damir Skominanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Bu günün digər oyunu - "Portu" - "Bazel" görüşünə isə baş hakim qismində isveçli hakim Yonas Eriksson təyinat alıb.
Sabah keçiriləcək "Çelsi" - "PSJ" matçını hollandiyalı Byorn Kuypers, "Bavariya" - "Şaxtyor" (Donetsk) qarşılaşmasını isə şotlandiyalı Villiam Collum idarə edəcək.