Bu axşam Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start veriləcək.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Portuqaliyada "Portu" "Bazel"i sınağa çəkəcək. İsveçrədə keçirilən görüşdə 1:1 hesabı qeydə alındığından cütün taleyinə bu axşam aydınlıq gələcək.
Madriddə isə "Real" "Şalke"ni qəbul edəcək. Səfərdə rəqibinə 2:0 hesabı ilə qalib gələn "kral klubu" bu matça bir qədər rahat çıxacaq. "Şalke" 1/4 finala yüksəlmək üçün bu görüşdə rəqibinə mütləq iki top fərqi ilə qalib gəlməlidir.
Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
10 mart
Çempionlar Liqası, 1/8 finalın cavab oyunları
23:45. "Portu" (Portuqaliya) - "Bazel" (İsveçrə) - 4:0
Qol: Brahimi, 14, Herrera, 47, Kasemiro, 56
(İlk oyun - 1:1)
23:45. "Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya) - 3:4
Qol: Fuks, 20 (0:1), Ronaldo, 25 (1:1), Huntelar, 40 (1:2), Ronaldo, 45+1 (2:2), Benzema, 53 (3:2), Sane, 57 (3:3), Huntelar, 89 (3:4)
(İlk oyun - 2:0)
11 mart
23:45. "Çelsi" (İngiltərə) - PSJ (Fransa)
(İlk oyun - 1:1)
23:45. "Bavariya" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
(İlk oyun - 0:0)