UEFA qarşıdakı üç mövsümdə Çempionlar Liqasının final matçlarının keçirləcəyi şəhərləri müəyyənləşdirib.
Newsport.az-ın məlumatına görə, 2021-ci ildə baş tutacaq final Rusiyanın Sankt-Peterburq şəhərində təşkil ediləcək. 2022-ci ilin həlledici oyunu Almaniyanın Münhen şəhərində reallaşacaq. 2023-cü ilin ÇL finalı İngiltərənin paytaxtı Londonda yerləşən "Uembli" stadionunda baş tutacaq.
UEFA sentyabrın 24-ü bununla bağlı rəsmi qərar verəcək.
Bu mövsüm Çempionlar Liqasının final oyununa Türkiyənin İstanbul şəhəri ev sahibliyi edəcək. Həlledici oyun Atatürk Olimpiya Stadionunda reallaşacaq.