Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, son matç günündə daha 3 görüş keçiriləcək. "Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran APOEL səfərdə "Ayaks"la qarşılaşacaq.
Digər görüşlərdə "Brügge" LASK-ı, "Slaviya" ÇFR-i qəbul edəcək.
Bütün oyunlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
28 avqust
23:00. “Brügge” (Belçika) - LASK (Avstriya)
İlk oyun - 1:0
23:00. “Ayaks” (Hollandiya) - APOEL (Kipr)
İlk oyun - 0:0
23:00. “Slaviya” (Çexiya) - ÇFR (Rumıniya)
İlk oyun - 1:0