Maribor" səfər qoluyla mərhələ keçdi

Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, "Maribor" ilk oyunda 2:1 hesabı ilə məğlub etdiyi İsveçin AIK klubunun qonağı olub. Stokholmdakı "Friends Arena"da keçirilən matçında əsas vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb. Əlavə vaxtda AIK-in heyətində "Qarabağ"ın sabiq futbolçusu Tarık Elyunussi fərqlənib. Ancaq sona 3 dəqiqə qalmış Maribor 1 qol vurub və səfər qolları sayəsində III mərhələyə yüksəlib.

Sloveniya klubu növbəti raundda Norveç çempionu "Rusenborq"la qarşılaşacaq.

AIK - "Maribor" - 3:2

Qollar: Per Karlsson, 4, Sebastian Larsson, 61, Tarık Elyunussi, 93 - Andrey Kotnik, 48, Aleksandru Kretsu, 117

İlk oyun: 1:2

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right