"Qarabağ"ın pley-offdakı potensial rəqibləri

Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaq "Qarabağ" - APOEL (Kipr) cütünün pley-offdakı potensial rəqibləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, qalib tərəf səpələnməmişlər səbətində yer alacaq və səpələnmişlər səbətindəki klublardan birinə rəqib olacaq.

Pley-offun püşkü avqustun 5-i atılacaq.

Səpələnmişlər

ÇFR Kluj (Rumıniya) – “Seltik” (Şotlandiya) cütünün qalibi
PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi
"Dinamo" (Zaqreb, Xorvatiya) - “Ferensvaroş” (Macarıstan) cütünün qalibi
"Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) cütünün qalibi

Səpələnməmişlər

“Slaviya” (Çexiya)
“Yanq Boyz” (İsveçrə)
APOEL (Kipr) - "Qarabağ" cütünün qalibi
“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç)  cütünün qalibi

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right