"Qarabağ" üçün "Bakı" və "MKT-Araz"ın oyununu idarə edən hakim

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın İrlandiyanın “Dandolk” klubu ilə cavab oyununu Norveç Futbol Federasiyasından olan FIFA referisi Svein Oddvar Moen idarə edəcək.

Newsport.az-ın məlumatına görə, Moen 1996-cı ildən futbol hakimidir. 40 yaşlı referi 2004-cü ildən Norveçin yüksək liqasının matçlarına təyinat alır. Svein Moen 2011-ci ilin əvvəlində Elit kateqoriyaya yüksəlib.

 

2010/11 mövsümündə norveçli hakim ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin görüşünü idarə edib.

 

Təcrübəli referi 2012-ci ildə keçirilmiş London Yay Olimpiya Oyunlarına, DÇ-2014-ə, AÇ-2016-ya təyinat alıb.

 

Svein Moen 2005-ci ildə Azərbaycanın U-21 millisinin səfərdə Almaniyanın U-21 yığmasına 0:2 hesabı ilə uduzduğu oyunu idarə edib. Həmin matç onun idarə etdiyi üçüncü beynəlxalq görüş idi.

 

2007-ci ilin avqustun 2-də norveçli hakim UEFA Kubokunun I təsnifat mərhələsinin “Diskoboliya Qrotslin” (Polşa) – “MKT-Araz” (Azərbaycan) matçını (1:0) idarə edib.

 

Moen 2009-cu ilin iyulun 28-də UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin keçirilmiş “Bakı” (Azərbaycan) – “Levski” (Bolqarıstan) oyunununda (0:0) baş hakim olub.


31 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsi, cavab oyunu

 

21:00 “Qarabağ” – “Dandolk”
Baş hakim: 
Svein Oddvar Moen
Yan xətt hakimləri: Maqnus Lundberq, Isaak Elias Skieset Başevkin
Dördüncü hakim: Siqurd Krinqstad (hamısı Norveç)
Bakı. “Dalğa Arena”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right