"Qarabağ"da bir günlük istirahət başa çatıb.
Newsport.az-ın məlumatına görə, Ağdam klubu bu gündən Çempionlar Liqasının II təsnifat mərhələsində "Dandolk"la (İrlandiya) cavab görüşünün hazırlığına başlayıb. Qurban Qurbanovun kollektivi klubun bazasında hazırlaşır.
Cütün cavab qarşılaşması iyulun 31-i, saat 21:00-da "Dalğa Arena"da keçiriləcək. Komandaların İrlaniyada keçirilmiş matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.