"Qarabağ" - "Dandolk": biletlər satışda

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsinin İrlandiya “Dundalk”ı ilə cavab matçının biletləri bu gündən satışa çıxarılıb.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

 

Biletlərin satış məntəqələri:

 

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulbar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

 

"Qarabağ” – “Dundalk” matçı iyulun 31-i, saat 21.00-da başlanacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right