"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İrlandiyanın "Dandolk" klubunun qonağı olacaq.
Newsport.az-ın məlumatına görə, Ağdam klubunun heyətində Bədavi Hüseynov zədəsini tam sağaltmadığı üçün oynamayacaq. Bundan əlavə, yeni transferlər - Faysal Rerrasla Maqaye Qeye də görüşün iştirakçısı olmayacaq. Hər iki futbolçu tam formada olmadığı üçün meydana çıxmayacaq.
"Dandolk" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə 22:45-də baş tutacaq.