"Qarabağ"la ilk oyunda qol buraxmamaq əsas şərtdir" - "Dundalk"ın futbolçusu

"Son günlər yaxşı məşqlər keçirdik. Bazar günü "Qarabağ"ın oyununu təhlil etdik. Bunu davam etdirəcəyik".

Newsport.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Dundalk"ın  yarımmüdafiəçisi Ceymi MakQret deyib.

İrlandiya millisinin üzvü klubun rəsmu saytına açıqlamasında Ağdam təmsilçisi haqda müsbət fikirlər bildirib: "Qarabağ" çox yüksək səviyyəli komandadır. Ancaq meydana çıxmamış heç nə bilmək olmaz. Məşqçimiz "Qarabağ"ın oyununu bir neçə dəfə canlı izləyib. Ona görə də rəqibimiz haqda kifayət qədər məlumatlıyıq.

Bizimlə Latviyaya gedən azarkeşlər möhtəşəm idi. Əla azarkeş dəstəyimizin olduğunu gördük. Bu bizə psixoloji üstünlük verir və qarşıdakı oyuna yaxşı əhvalda hazırlaşırıq".

C.MakQret  əsas məqsədlərinin qol buraxmamaq olduğunu əlavə edib: "Təbii ki, ilk görüşdə qol buraxmamaq əsas şərtdir. Gördüyünüz kimi, bizdə belə bir problem yoxdur. "Riqa" ilə hər iki görüşdə qapımızı toxunulmaz saxladıq. Bu oyunlardakı ssenarinin yenidən təkrarlanmasının əleyhinə deyiləm".

Xatırladaq ki, "Dundal"kın "Riqa" ilə hər iki oyunu qolsuz başa çatıb. İrlandiya təmsilçisi penaltilər seriyası ilə mərhələ adlayıb. "Qarabağ"la "Dundalk"ın ilk görüşü iyulun 24-də İrlandiyada, 31-də isə Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right