Franko Lerda: "Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik"

Çempionlar Liqasının L təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"la heç-heçə edən (0:0) "Partizani"nin baş məşqçisi Franko Lerda fikirlərini bölüşüb.

 

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis komandasından razı qaldığını deyib:

 

- Fərdi şəkildə bizdən üstün olan komanda ilə qarşılaşmada futbolçuların olduqca yaxşı oynaması məni xoşbəxt etdi. Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik. Oyundan həzz aldım.

 

- Nəticəni ədalətli sayırsınız?

- Onlar da real qol şansı yaratdı, biz də. Rəqib topla daha çox oynadı, amma ən yaxşı durum bizdə idi.

 

- Yeni oyunçulardan məmnunsuz?

- Bəli. Brayn Brounla Rron Broxa oyuna əla qoşuldu və bizə dəstək oldular. Tapşırıqları yaxşı yerinə yetirdilər.

 

- Bakıda mərhələ adlamağa ümid edirsiniz?

- Bu nəticəyə baxsaq, hər şey açıq qalır. Əlbəttə, Bakıda çox çətin olacaq. Əlimizdən gələni edəcəyik. Uğur qazanacağımıza ümid edirik.

 

- Komandanın hücumlara daha çox futbolçu ilə qoşulması lazım deyil?

- Əlbəttə, daha yaxşısını etmək üçün görəcək işlərimiz var. Bu gün topa yaxşı nəzarət edən rəqiblə üz-üzə idik. Bu da işimizi çətinləşdirirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right