Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçlar keçiriləcək.
Newsport.az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma oynanılacaq.
Günün maraqla gönlənilən oyunu Mançesterdə baş tutacaq. Ötən mövsüm olduğu kimi yenə 1/8 finalda “Mançester Siti” ilə “Barselona” üz-üzə gələcək. İngiltərə təmsilçisi ötən mövsüm uduzduğu hər iki matçın (0:2, 1:2) qisasını almağa çalışacaq.
Turun digər görüşündə "Yuventus" doğma meydanda "Dortmund Borussiya"sını qəbul edəcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
24 fevral
Çempionlar Liqası, 1/8 finalın ilk oyunları
23:45. “Mançester Siti” (İngiltərə) - “Barselona” (İspaniya) - 1:2
Qollar: Suares, 16 (0:1),30(0:2), Aquero, 69 (1:2)
23:45. “Yuventus” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya) - 2:1
Qollar: Tevez, 13 (1:0), Roys, 18 (1:1), Morata, 43 (2:1)