Bu gün Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 3 görüş keçiriləcək.
"Qarabağ”ı bu turnirdən kənarlaşdıran Belarusun BATE komandası evdə PSV (Hollandiya) ilə qarşılaşacaq.
"Benfika” Portuqaliyada PAOK-la üz-üzə gələcək. Digər oyunda isə "Srvena Zvezda” (Serbiya) evdə
Avstriyanın "Zalsburq” komandası ilə qarşılaşacaq.
21 avqust
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
23:00. BATE (Belarus) - PSV (Hollandiya)
23:00. "Benfika” (Portuqaliya) - PAOK (Yunanıstan)
23:00. "Srvena Zvezda” (Serbiya) – "Zalsburq” (Avstriya)