UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına dünən start verilib.
Newsport.az saytının məlumatına görə, ilk oyun günündə beş qarşılaşma keçirilib.
Türkiyənin "Beşiktaş" klubu öz meydanında İngiltərə nəhəngi "Arsenal"ı qəbul edib. Qarşılıqlı hücumlara baxmayaraq matçda hesab açılmayıb - 0:0.
"Qarabağ"ı mübarizədən kənarlaşdıran Avstriyanın "Zalsburq" klubu isə "Malmö"nü (İsveç) sınağa çəkib. Avstriya təmsilçisi 2:1 hesabı ilə qalib gəlməyi bacarıb.
Qeyd edək ki, pley-off mərhələsinin digər beş qarşılaşması sabah axşam keçiriləcək. Bütün qarşılaşmalar eyni saatda, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
19 avqust
Çempionlar Liqası, pley-off mərhələsi
23:45. "Beşiktaş" (Türkiyə) - "Arsenal" (İngiltərə) - 0:0
23:45. "Kopenhagen" (Danimarka) - "Bayer Leverkuzen" ( Almaniya) - 2:3
Qollar: Kebinq, 5 (0:1), Yorgensen, 9 , (1:1), Amartey, 13 (2:1), Bellarabi, 31 (2:2), Sonq Henq-Min, 43 (2:3)
23:45. "Napoli" (İtaliya) - "Atletik Bilbao" (İspaniya) - 1:1
Qol: Muniain, 41 (0:1), Hiquain, 68 (1:1)
23:45. "Zalsburq" (Avstriya) - "Malmö" (İsveç) - 2:1
Qol: Şimer, 16 (1:0), Soriano, 54 (2:0), Forsberq, 90 (2:1)
23:45. "Styaua" (Rumıniya) - "Ludoqorets" (Bolqarıstan) - 1:0
Qol: İancu, 83 (1:0)
20 avqust
23:45. "Olborq" (Danimarka) - APOEL (Kipr)
23:45. "Lill" (Fransa) - "Portu" (Portuqaliya)
23:45. "Maribor" (Sloveniya) - "Seltik" (Şotlandiya)
23:45. "Slovan" (Slovakiya) - BATE (Belarus)
23:45. "Standart" (Belçika) - "Zenit" (Rusiya)