"Atletiko" matçı öncəsi "Çelsi"yə müjdə

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi Madridin "Atletiko" klubu "Çelsi" ilə oyun qabağı ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, İspaniyanın "Marca" qəzetində yayılan məlumatlara əsasən, ÇL-in 5-ci turu çərçivəsində dünən evdə İtalyanın "Roma" klubunu qəbul edən (2-0) "ağ-qırmızılar",  oyundan ciddi itkilərlə ayrılıb. Belə ki, adəçəkilən matçda Xuafran zədələnərək təxminən iki həftə yaşıl meydanlardan kənarda qalıb.

Qeyd edək ki, belə olduğu halda 32 yaşlı müdafiəçi La Liqada "Levante" (25 noyabr), "Real Sosyedad"la (2 dekabr) görüşləri və ÇL-in sonuncu turunda "Çelsi" (5 dekabr) ilə matçı buraxmalı olacaq..

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right