UEFA Çempionlar Liqasında çıxış edən “Qarabağ”ın qapıçısı İbrahim Şehiç ən çox qurtarış edənlər siyahısındadır.
Newsport.az xəbər verir ki, o, keçirdiyi 4 oyunda 21 seyvlə ikinci pillədə qərarlaşıb.
Onunla yanaşı “Şaxtyor”un qapıçısı Andrey Pyatov də 21 seyv edib. Lider isə “Maribor”un qapıçısı Yasmin Handanoviçdir.
Maraq üçün bildirək ki, Şehiç bu oyunlarda qapısından 9 top buraxıb.