Çempionlar Liqasının qrup mərhələsində təmsilçimiz “Qarabağ”la qarşılaşacaq “Atletiko”nun iştirak ərizəsi açıqlanıb. Newsport.az xəbər verir ki, baş məşqçi Dieqo Simeone çempionumuza qarşı oyun üşün siyahıya 19 oyunçunun adını daxil edib.
Zədəli olan Karrasko, Koke və Verner bu qarşılaşmada iştirak etməyəcəklər. Ötən oyunda meydanda olan fransalı hücumçu Kevin Qameyro da baş məşqçinin qərarı ilə heyətə daxil edilməyib.
Qapıçılar: 1. Migel Anxel Moya, 13. Yan Oblak
Müdafiəçilər: 2. Dieqo Qodin, 3. Filipe Luis, 15. Stefan Saviç, 16. Şimo Vrsaliko, 19. Lukas Hernandez, 20. Xuanfran, 24. Xose Mariya Ximenes
Yarımmüdafiəçilər: 5. Tomas Parte, 8. Saul Niges, 12. Avqusto Fernandez, 22. Nikolas Qaytan, 14. Qabi
Hücumçular: 7. Antuan Qrizman, 9. Fernando Torres, 11. Anxel Korrea, 17. Lusiano Vietto
Qeyd edək ki, görüş bu gün saat 23:45-də start götürəcək.
