"Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın "Atletiko" klubuna qarşı keçirəcəyi səfər matçını stadiondan izləmək istəyən azarkeşlər bu oyunun biletlərini Ağdam klubunun bazasından ala bilərlər.
Newsport.az-ın məlumatına görə, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, azarkeşlər saat 10:00-dan saat 18:00-a qədər bazaya yaxınlaşaraq həmin biletləri əldə etmək şansına malikdir.
Yalnız bilet satışıyla bağlı əlavə məlumat üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: (055) 400-49-18.
Qeyd olunur ki, ödənişlər yalnız avroyla həyata keçirilir. Bir biletin qiyməti 30 avrodu.