"Atletiko" Bakıda harda qalacaq? açıqlama

“Atletiko” seçimini edib. Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”ın rəqibi olacaq İspaniya klubunun Bakıda məskunlaşacağı yer bəllidi.
 

Newsport.az xəbər verir ki, Madrid klubu oktyabrın 16-da ölkəmizə gələcək.

Ertəsi gün ölkəmizdə ilk və son məşqinə çıxacaq “Atletiko”  oyun bitən kimi çarter reysi ilə geri qayıdacaq. 

“Atletiko” Bakıda “Hilton” otelində qalmağı planlaşdırır. Əvvəlki səfərində də buranı seçən madridlilər başqa variantlar barədə heç düşünməyib də.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right