Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” görüşünün biletləri satışa çıxarılıb.
Newsport.az-ın məlumatına görə, azarkeşlər bu gündən etibarən biletləri əldə edə bilərlər. Biletlər Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satılır.
Qeyd edək ki, “Qarabağ” – “Şerif” oyunu 25 iyul saat 21:00-da başlanacaq.