Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start veriləcək.
Newsport.az saytının məlumatına görə, ilk oyun günündə Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə qoşulacaq. Ardıcıl 4-cü dəfədir ölkəmizi bu turnirdə təmsil edən Ağdam təmsilçisi Bakıda Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək.
Bundan əvvəlki üç mövsümdə ilk mərhələni adlayan Qurban Qurbanovun komandası bu cütün də favoriti hesab olunur.
Qarşılaşma “Qarabağ”ın avrokuboklardakı ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matç saat 21:00-da başlayacaq.
11 iyul
Çempionlar Liqası
II təsnifat mərhələsiniin ilk oyunu
21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:0
Qollar: Əfran İsmayılov, 10-pen. Dino Ndlovu, 36, 45+1-pen. Donald Gerryer, 81, Miçel, 90+1
Baş hakim: Mete Kalkavan
Baş hakimin köməkçiləri: Esat Sancaktar, Erdem Bayik
Dördüncü hakim: Halil Umut Meler (hamısı Türkiyə)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu