"Qalatasaray" və "Yuventus" uduzdu, "Atletiko" və "Real" qələbə qazandı YENİLƏNİB

Bu gün Çempionlar Liqasında III turun oyunlarına yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə daha 8 qarşılaşma keçiriləcək.

A qrupunda Madridin “Atletiko” klubu öz meydanında “Malmö”nü qəbul edəcək. Qrupun digər oyununda “Yuventus” səfərdə “Olimpiakos”la qarşılaşacaq.

B qrupunda Madrid “Real”ı səfərdə “Liverpul”un qonağı olacaq. Qrupun digər matçında “Ludoqorotes” “Bazel”i qəbul edəcək.  

C qrupunda “Monako” – “Benfika” və “Bayer” (Leverkuzen) – “Zenit” oyunları baş tutacaq. 

Azərbaycanlı azarkeşlərində maraqla gözlədiyi oyun D qrupunda keçiriləcək. Türkiyənin “Qalatasaray” klubu doğma meydanda Dortmund “Borussiya”sını sınağa çəkəcək. Qrupun digəroyununda “Arsenal”a “Anderlext”ə qonaq olacaq.

22 oktyabr

A qrupu

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Malmö" (İsveç) 5-0

Qollar: Koke, 48 (1:0), M.Mandzukiç, 61 (2:0), A.Qrizman, 63 (3:0), D.Qodin, 88 (4:0), A.Çerçi, 90+5 (5:0) 

23:45.  "Olimpiakos" (Yunanıstan) - "Yuventus" (İtaliya) 1-0

Qol: Kasami, 36 (1:0)

B qrupu

 

23:45. "Liverpul" (İngiltərə) - "Real" (Madrid, İspaniya) 0-3

Qollar: Ronaldo, 23 (0:1), Benzema, 30 (0:2), 41 (0:3)

23:45. "Ludoqorets" (Bolqarıstan) - "Bazel" (İsveçrə)  1-0

Qol: Y.Minev, 90+2 (1:0)

Qırmızı vərəqə: S.Die, 18 ("Bazel")

C qrupu

23:45. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya) 0-0

 

23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Zenit" (Rusiya) 2-0

Qollar: G.Donati, 58 (1:0), K.Papadopoulos, 63 (2:0) 

Qırmızı vərəqə: Vendell, 79 ("Bayer", Leverkuzen) 

D qrupu

 

23:45. "Anderlext" (Belçika) - "Arsenal" (İngiltərə)  1-2

Qollar: A.Nayar, 71 (1:0), K.Gibbs, 89 (1:1), L.Podolski, 90+1 (1:2)

23:45. "Qalatasaray" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) 0-4

Qollar:Obameyanq,6(0-1),18(0-2),Marko Roys,42(0-3), A.Ramos, 83 (0:4)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right