Çempionlar Liqasının püşkü ilə bağlı yeni qərar

UEFA növbəti mövsümdən etibarən Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin püşkatmasında dəyişiklik edəcək.

Newsport.az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, bu barədə UEFA-nın baş katibi Canni İnfantino açıqlama verib.

Onun sözlərinə görə yeni mövsümdən I səbətdə yer alacaq 8 komandadan 7-si UEFA-nın reytinqində ilk 7 pillədə qərarlaşan ölkələrin çempionları olacaq. Həmin səbətə qitənin ən mötəbər turnirinin son qalibi də əlavə ediləcək.

Ən güclü çempionatlar FİFA-nın aylıq reytinq siyahısına əsasən müəyyənləşdiriləcək. Hazırkı sistemə görə, komandaların səbətlərə bölüşdürülməsi son 5 ildəki çıxış əsasında aparılır.

Qeyd edək ki, daha öncə püşk zamanı yüksək reytinqə malik komandalar I səbətdə qərarlaşırdılar. Məsələn, "Mançester Siti" klubu ötən mövsüm Premyer Liqanın qalibi olsa da, 2014/2015 mövsümünün püşkü zamanı II səbətdə yer almışdı. Buna səbəb isə "Mançester Siti"nin UEFA reytinqində "Arsenal" və "Çelsi"dən geridə olması idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right