"Əks halda bizə baha başa gələ bilər" - Mahir Mədətov

"Qarabağ"ın hücumçusu Mahir Mədətov Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düdelanj"ına qarşı keçirdikləri ilk oyunu şərh edib.

Newsport.az-ın məlumatına görəo, bunları söyləyib:

"Bu oyun mənim üçün vacib əhəmiyyət daşıyırdı. Çünki ÇL-də ilk oyunuma çıxmışdım. Bir qədər həyəcanlı idim. Şadam ki, qələbə qazandıq. Fikrimcə, oyunum alındı. Bir epizodda qol vura bilərdim. Zərbə vurmağa tələsdim və top qapı dirəyindən döndü. 2:0-ın növbəti mərhələyə çıxmaq üçün nə dərəcədə yetərli olduğunu bir həftə sonra biləcəyik. Bu, həm də rəqibdən asılıdır. "Düdelanj" maraqlı komandadır. Bizə səfərdə asan olmayacaq. Onları qiymətləndirməmək olmaz. Əks halda bizə baha başa gələ bilər".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right