Çempionlar Liqasının qrup mərhələsində dünən keçirilən CSKA - "Bavariya" matçı maraqlı statistikası ilə diqqət çəkib.
Newsport.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Münhen təmsilçisi sözügedən qarşılaşmada 698 ötürmə verib. Bu qədər ötürmə qarşılığında "Bavariya" cəmi bir dəfə - penaltidən fərqlənib. CSKA isə görüş ərzində 154 ötürmə verib.
Qeyd edək ki, CSKA - "Bavariya" matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İspaniyanın məşhur qəzeti "Marca" isə "Bavariya"nın baş məşqçisi Pep Qvardiolanın komandasına "tiki-taka" futbolu oynatmasını tənqid edib. Qəzet yazıb ki, Münhen təmsilçisi CSKA matçdakı oyun üslubu ilə böyük uğur qazana bilməyəcək:
"Qvardiola "Bavariya"ya hücum futbolu oynamağı unutdurub " - deyə "Marca" yazıb.