"Barselona"nın uğurlu seriyasına son qoyuldu

"Barselona"nın uğurlu seriyasına son qoyulub.

Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, cari mövsümdə oynadığı bütün matçlarda uduzmayan Kataloniya təmsilçisi dünən ilk məğlubiyyətini alıb. "Barsa" Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda PSJ-ə səfərdə 2:3 hesabı ilə uduzub.

"Barselona" həmçinin  cari mövsümdə ilk dəfə olaraq qapısını toxunulmaz saxlaya bilməyib. PSJ-nin futbolçusu David Luis matçın 10-cü dəqiqəsində fərqlənib.

Qeyd edək ki, "Barsa" bundan əvvəl İspaniya La Liqasında 5 matçda qalib gəlib, 1-də bərabərə qalıb. ÇL-də isə qrup mərhələsinin ilk turunda qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right