“Roma”nın əfsanəvi kapitanı Françesko Totti Çempionlar Liqasının tarixinə düşüb.
Newsport.az-ın məlumatına görə, ÇL-ın qrup mərhələsində hazırda “Maçester Siti” ilə keçirilən qarşılaşmada fərqlənən hücumçu sözügedən turnirdə qol vuran ən yaşlı futbolçu olub.
38 yaşlı futbolçu 2011-ci ildə 37 yaşında “Benfika”ya qol vuran “Mançester Yunayted”in unudulmaz oyunçularından olan Rayan Giggzi qabaqlayıb.