"Hakimin qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı" - Prezident "Qarabağ"ı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ”ın “Ayntraxt” üzərindəki qələbəsi (3:2) ilə bağlı paylaşım edib.

Newsport.az xəbər verir ki, paylaşımda “Qarabağ”ı təbrik edən dövlət başçısı matçın baş hakimi barədə irad bildirib:

 

 

“Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm! 

Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. 

Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right