PSJ "Barselona" ilə matça ciddi itki ilə çıxacaq

PSJ Çempionlar Liqasının 2-ci turunun "Barselona" ilə oyununa ciddi itki ilə çıxacaq.

Newsport.az “RMC Sport”a istinadən xəbər verir ki, Fransa çempionunun aparıcı futbolçusu Xviça Kvaratsxeliya zədələnib.

Gürcü yarımümdafiəçi sentyabrın 27-də Fransa Liqa 1-in “Oser”lə görüşündə (2:0) budundan zədə alıb.

Qeyd edək ki, “Barselona” – PSJ görüşü sabah keçiriləcək və matça Bakı vaxtı ilə 23:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right