ÇL: “Qarabağ”ın oyununa biletlərin qiyməti 40-60 avrodur

UEFA Çempionlar Liqasının liqa mərhələsində baş tutacaq “Benfika” (Portuqaliya) – “Qarabağ” matçının biletlərinin qiyməti müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 5-də satışa çıxarılacaq biletlərin qiyməti 40-60 avro aralığında dəyişir. VİP biletlərin qiyməti barədə isə məlumat verilməyib.

“Qarabağ” Portuqliya təmsilçisi ilə UEFA Çempionlar Liqasının 1-ci turunda üz-üzə gələcək. Oyun sentyabrın 16-da, saat 23:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right