"Real" Çempionlar Liqasında 1000-ci qolunu vurub.
Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisinin yubiley qolunun müəllifi Kərim Benzema olun. O, Çempionlar Liqasının qrup mərhələsində "Bazel"lə matçın 80-ci dəqiqəsində fərqlənib.
Qeyd edək ki, "Real" - "Bazel" görüşü 5:1 hesabı ilə başa çatıb.