“Qarabağ” Çempionlar Liqası ile vidalaşdı!

 

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq.

NewSport.Az-ın məlumatına görə, türnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxacaq.

Qurban Qurbanovun komandası səfərdə Avstriyanın “Zalsburq” klubu ilə üz-üzə gələcək.  Doğma meydanda rəqibinə 2:1 hesabı ilə qalib gələn Ağdam klubu səfərə böyük ümidlərlə yollanıb. 

Komandamız güclü “Zalsburq”la oyunda uğurlu nəticə qazanmaqla play-off mərhələsinə yüksələ bilər. Bu, baş verərsə,  Qurban Qurbanovun komandası Azərbaycan futbolu tarixinə düşəcək. Çünki indiyədək klublarımızdan heç biri Çempionlar Liqasının play-off mərhələsinə yüksələ bilməyib. “Qarabağ”ın bu işin öhdəsindən necə gələcəyi böyük maraqla gözlənilir.   





6 avqust

Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunları

23:30. “Zalsburq” (Avstriya) – “Qarabağ” (Azərbaycan) (İlk oyun – 1:2) - 2:0 (İkinci hissə)
Qollar: 
Hinteregger, 19 (1:0), 33 (2:0)
Baş hakim: Bobbi Madden (Şotlandiya) 
Zalsburq. "Red Bull Arena"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right