Bu gün Çempionlar Liqasının qrup mərhələsində ilk turun oyunlarına yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, ikinci oyun gününə daha 8 qarşılaşma nəzərdə tutulub.
E qrupunda “Bavariya” “Mançester Siti”ni, “Roma” isə Moskva ÇSKA-sını qəbul edəcək.
F qrupunda “Barselona” öz meydanında Kiprin APOEL klubu ilə qarşılaşacaq. Qrupun digər oyununda PSJ “Ayaks”ın qonağı olacaq.
G qrupunda “Çelsi” doğma meydanda “Şalke”ni sınağa çəkəcək Qrupun digər matçında “Maribor” və “Sportinq” klubları üz-üzə gələcək.
H qrupunda isə “Portu” BATE-ni , “Atletik” (Bilbao) isə Donetsk “Şaxtyor”unu qəbul edəcək.
17 sentyabr
Çempionlar Liqası, qrup mərhələsinin ilk turu
“Ayaks” (Hollandiya) - PSJ (Fransa) 1:1
Qollar: Şone 74 - Kavani 14
“Roma” (İtaliya) - ÇSKA (Rusiya) 5:1
Qollar: İturbe 6, Jervinyo 10; 31, Maykon 20, İqnaşeviç 50 (avtoqol) - Musa 82
"Atletik” (İspaniya) - “Şaxtyor” (Ukrayna) 0:0
“Barselona” (İspaniya) - APOEL (Kipr) 1:0
Qol: Pike 28
“Bavariya” (Almaniya) - “Mançester Siti” (İngiltərə) 1:0
Qol: Boatenq 90
“Çelsi” (İngiltərə) - “Şalke” (Almaniya) 1:1
Qollar: Fabreqas 11 - Huntelaar 62
“Portu” (Portuqaliya) - BATE (Maribor) 6:0
Qollar: Brahimi 6; 32; 57, Martinez 37, Adriano 61, Aboubakar 76
“Maribor” (Sloveniya) - “Sportinq” (Portuqaliya) 1:1
Qollar: Zahoviç 90+2 - Nani 80