"Qalatasaray"ın futbolçusu Uesli Sneyder Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Anderlext"ə qarşı keçirdikləri oyundan sonra (1:1) qarşılaşma barəsində fikirlərini bildirib.
Newsport.az saytının məlumatına görə, hollandiyalı futbolçu azarkeşlərdən səbrli olmalarını istəyib:
"İstədiyimiz kimi oyun sərgiləyə bilmədik. Buradan azarkeşlərimizə səslənirəm. Bizim üçün çox rahat deyildi, çünki baş məşqçimiz dəyişilib. Biraz səbirli olsunlar".