“Kroos mənə hədiyyə verdi” Vinisius Junior

“Real”ın vingeri Vinisius Junior Çempionlar Liqasının yarımfinalında “Bayern”lə matçda vurduğu qoldan danışıb.

Newsport.az-ın məlumatına görə, o, yaxşı ötürmədən sonra asanlıqla qol vura bildiyini deyib:

“Toni Kroos mənə hədiyyə verdi. Onun ötürməsi sayəsində asanlıqla qol vura bildim. Bizi “Santyaqo Bernabeu”da sehrli bir axşam gözləyir”.

Braziliyalı futbolçu Kroosun ötürməsindən sonra almanların qapısına qol vurub.

İlk görüş “Alyanz Arena”da baş tutub və 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Cavab oyunu mayın 8-də Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right