"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan Newsport.az-a verilən məlumata görə, Tovuz təmsilçisi "Sabah"ın yarımmüdafiəçisi Veysəl Rzayevi icarəyə götürüb.
20 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Veysəl Rzayev 2019-2020 mövsümündə "Turan Tovuz"un heyətində I Divizionun qalibi olub.