Emin Mahmudov: "Bizim üçün psixoloji olaraq çətin idi"

Millətlər Liqasının 4-cü turunun Azərbaycan – Belarus matçından sonra millimizi oyuna kapitan sarğısı ilə çıxaran Emin Mahmudov matçdan sonra "CBC Sport"a açıqlama verib.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Belarus üzərindəki qələbəni belə şərh edib:

"Çətin idi. Çünki rəqib komanda yaxşı müdafiə olunurdu. Topu qabağa az çatdırırdıq. Bəzi epizodlarda daha diqqətli olsaydıq, daha erkən qol vura bilərdik. Bizim üçün əsas olan qələbə idi. Çünki çoxdandır ki, qalib gəlmirdik. Ona görə də bizim üçün psixoloji olaraq çətin idi.

10 günə 4 oyun oynamaq çox çətindi. Qazaxıstana yollandıq, oradan Serbiyaya getdik. Yorğiunçuluq hiss olunurdu. Bu gün daha çox yoruldum, nəinki digər oyunlarda. Əsas odur ki, qalib gəldik. Yorulsam da, heç nə olmaz".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right