“Azərbaycanlılardan ibarət milli ruh olan komanda yaratdıq” Taleh Nəsibov

Azərbaycan Mini-Futbol Federasiyasının təsisçisi Taleh Nəsibov yığmamızın Avropa çempionu olmasından danışıb.

Newsport.az xəbər verir ki, o, Slovakiyadan qitə birinciliyin qazanaraq Bakıya qayıdan komandamızın qarşılanma mərasimində uğurlarından söz açıb: 

“Təəsüratlarım sözlə ifadə olunmaz. Fəxrdir, qürurdur, Azərbaycan bayrağını yüksəltmişik. Qitənin 6 qat çempionu Rumıniyanı finalda udmuşuq. Bundan böyük sevinc ola bilməz. Ümid edirəm ki, bunun davamı gələr. Bu qədər iş görmüşük. Azərbaycanda mini-futbol federasiyasının yaradılmasının əsas təşəbbüskarı “Zirə” futbol klubunun prezidenti Orxan Məmmədovdur. Milli komandanın təşkil olunması sırf onun tapşırığıdır. Onun qoyduğu məqsədə tərəf getdik. Düzgün idarəetmə qurduq və buna nail olduq. Azərbaycanlılardan ibarət milli ruh olan komanda yaratdıq. Qitənin ən yaxşısı olduq. Azərbaycan xalqı, bütün futbolsevərlər üçün bayramdır”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right