Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Qazaxıstanla oyun üçün səfər proqramı bəlli olub.
Newsport.az xəbər verir ki, yığma iyunun 1-də saat 14:15-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Nur-Sultana yola düşəcək.
Komanda qonşu ölkə paytaxtındakı "Sheraton" otelində qalacaq. Baş məşqçi Canni De Byazi iyunun 2-də mətbuat konfransı keçirəcək və komandanın açıq məşqi olacaq.
Milli oyundan sonra Belarusla qarşılaşma üçün Serbiyaya yollanacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, bundan 3 gün sonra isə Serbiyanın Novi Sad şəhərində Belarus seçməsinin qonağı olacaq. Yığma iyunun 10-da Slovakiyanı, iyunun 13-də isə Belarusu "Dalğa Arena"da qəbul edəcək.