Gəncədə futbol festivalı keçirildi

AFFA-nın təsis olunmasının 30 illik yubileyi münasibətilə Gəncədə futbol festivalı keçirilib.

Newsport.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən festivalda 11-12 yaşlı uşaqların iştirakı ilə mini futbol turniri təşkil olunub. Turnirdə iştirak edən komandaların hər bir üzvünə AFFA tərəfindən hədiyyələr verilib.

​Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, Reginal Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah