Azərbaycan I Divizionunda XXIV turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, çempionluğu təmin edən "Qaradağ Lökbatan" öz meydanında "Qəbələ-2"ni qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 5:0 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 54-ə yüksəldən "Qaradağ Lökbatan" turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Qəbələ-2" isə 30 xalla 9-cu yerdədir.