Rafael Ağayev instaqram səhifəsində “Zirə” ilə bağlı paylaşım edib.
Newsport.az-ın məlumatına görə, dünyaca tanınmış karateçi “Zirə” və komandanın baş məşqçisi Rəşad Sadıqovu ölkə kubokunda finalına vəsiqə qazanmaqları münasibətilə təbrik edib:
"Qardaş, mən səni və bütün komandanı ürəkdən təbrik edirəm. Finalda uğurlar arzu edirəm".
“Qara brilliant” ləqəbli idmançı 5 qat dünya, 11 qat Avropa çempionudu.
