Davamlı tənqidlərdən sonra AFFA nəhayət, Gəncə və Tovuz təmsilçilərinin premyer liqada çıxışına "yaşıl işıq" yandırıb.
Ənənəvi futbol məktəbi ilə seçilən bu iki böyük şəhərin üzərinə indi daha çox məsuliyyət düşür. Premyer Liqada iştirak xatirinə oynamaq, hər oyun ağır məğlubiyyətlər gəncəli və tovuzlu azarkeşlər üçün qəbulolunmazdır.
Onlar daha güclü, rəqabətədavamlı komandalarının olmasını istəyir. Bəs, bunun üçün nə çatışmır və nə etmək lazımdır?
Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu bu suallar əsasında "Turan Tovuz"la bağlı videosüjet hazırlayıb.