Bakının "Olimpik" klubunun sabiq futbolçusu Marko Mitroviç ABŞ-ın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi təyin olunub.
Newsport.az xəbər verir ki, bu barədə ABŞ Futbol Federasiyasının saytı məlumat yayıb. Serbiyalı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, M.Mitroviç 2005-2006 mövsümündə "Olimpik"də oynayıb.