Ölkə kubokunun yarımfinal mərhələsində "Qarabağ"la qarşılaşacaq "Qəbələ" hazırlıqlarını davam etdirir.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə klubunun üç futbolçusu hazırlıqda iştirak etmir.
Fernan Lopes zədədən sonra fərdi məşq keçir. Yaovi Akakpo və Gülağa Əsədov proqram üzrə bərpa prosesini davam etdirir.