"Şamaxı"nın yeni baş məşqçisi açıqlandı

"Şamaxı"nın ötən gün istefa verən baş məşqçisi Sənan Qurbanovun vəzifəsini icra edəcək şəxsin adına aydınlıq gəlib. 

Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klubun baş məşqçi vəzifəsini Rüstəm Əliyev yerinə yetirəcək. Komandanın sabiq futbolçusu Rail Məlikov isə "Şamaxı-2"ni çalışdıracaq.

Qeyd edək ki, Sənan Qurbanov ötən gün Premyer Liqanın 23-cü turunda "Qarabağ"a 0:8 hesabı ilə uduzduqları oyundan sonra istefa verib.

Rail Məlikov 22-ci turda "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları matçdan əvvəl karyerasını bitirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right