Futbol üzrə İspaniya La Liqasında 31-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, turun ilk matçında “Sevilya” ilə “Qranada” üz-üzə gəlib. Altı qolun qeydə alındığı matç meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.
Şənbə günü daha dörd qarşılaşma baş tutub. Üç qolun qeydə alındığı “Kadis” – “Betis” matçında qonaqlar qələbə qazanıblar. “Vilyarreal” da evdə “Atletik”ə məğlub olub.
Səfərdə “Malyorka” ilə qarşılaşan Madrid “Atletiko”su turu məğlubiyyətlə başa vurub. Lider “Real” isə “Xetafe”ni 2 cavabsız qolla üstələyib.